Qaradağda pirotexniki vasitələr satan şəxs saxlanılıb Hadisə

Qaradağda pirotexniki vasitələr satan şəxs saxlanılıb

Qaradağ rayonunda pirotexniki vasitələr satan 58 yaşlı şəxs saxlanılıb.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışının təşkil edən daha bir nəfər - 58 yaşlı İ.Ağayev saxlanılıb.

Ondan 90 qutu yüksək səsyayıcı və 48 ədəd işıq effekti yaradan pirotexniki vasitə aşkarlanıb. Həmin şəxs barəsində inzibati protokol tərtib olunub.

Polis əməkdaşları tərəfindən ölkəboyu pirotexniki vasitələrin satışına qarşı tədbirlər davam etdirilir.