12:52
651
"TDT çərçivəsində mayın 15-də Türküstanda liderlərin qeyri-rəsmi Zirvə görüşü, eləcə də təhlükəsizlik şurası katiblərinin, müdafiə sənayesi nazirlərinin görüşləri həyata keçiriləcək”.
APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin Baş nazirlərinin Bakı görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
O bildirib ki, bu görüşlər siyasi baxışlarda əlaqələndirməni daha da gücləndirəcək.
TDT Baş katibi həmçinin TDT+ formatının əhəmiyyətinə də toxunub. O qeyd edib ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı öz fəaliyyətinin miqyasını genişləndirib: “Hazırda 58 müxtəlif sahədə biz əməkdaşlıq mexanizmləri tətbiq edirik. Eyni zamanda zirvə görüşlərində dövlət başçıları tərəfindən qəbul olunmuş mühüm qərarların lazımi şəkildə icrasına xüsusi diqqət yetiririk. Bu platforma əldə edilmiş irəliləyişi nəzərdən keçirmək və prosesi sürətləndirmək üçün bir fürsətdir. Bu gün qeyri-sabitlik bir çox yerlərdə baş qaldırır”.
Baş katib diqqətə çatdırıb ki, TDT-yə üzv ölkələr sərmayələr sahəsində mühüm razılaşma üzrə danışıqlara başlayıb: “Əslində, o təşəbbüs Qazaxıstan tərəfindən daxil olub. Baxmayaraq ki, bəzi üzv dövlətlər Avrasiya məkanına aiddir, lakin bu, Türk dövlətləri məkanında inteqrasiyaya mane ola bilməz. Bu baxımdan həmin sahədə biz Qazaxıstanın dəstəyinə arxalanırıq ki, konsensus əldə olunsun. Biz həmçinin Qazaxıstan, Qırğızıstan və Türkiyəni rəqəmsal iqtisadiyyatda tərəfdaşlıq sazişinin ratifikasiyasını tamamlamağa çağırırıq. Bu saziş qüvvəyə mindikdən sonra regionda rəqəmsal etimad artacaq və eyni zamanda elektron ticarət də xeyli güc güləncək".