Naxçıvanda ötən il 60 məhkum azadlığa buraxılıb Hadisə

Naxçıvanda ötən il 60 məhkum azadlığa buraxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 19 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının icrası Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir.

Bugünədək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində 60 nəfər məhkum azadlığa buraxılıb ki, bunlardan 2 nəfəri böyük ictimai təhlükə törətməyən, 1 nəfəri ağır, 57 nəfəri isə az ağır cinayət törədənlərdir.

Həmçinin 72 nəfər məhkumun cəzası 6 ay azaldılıb. Cəzası 6 ay azaldılan 1 nəfər az ağır, 4 nəfər isə ağır (ehtiyatsızlıqdan) cinayət törədənlərdir.

Amnistiya aktının icrasının davamı olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumları tərəfindən isə 118 nəfər məhkum barəsində amnistiya tətbiq etmə barədə qərar qəbul edilməklə cəzadan azad edilib. Eyni zamanda, 33 nəfər məhkumun barəsində amnistiya tətbiq edilməsi ilə bağlı müvafiq məhkəmələrə təqdimatlar verilib və həmin təqdimatlar təmin olunub.

Naxçıvanda ötən il 60 məhkum azadlığa buraxılıbNaxçıvanda ötən il 60 məhkum azadlığa buraxılıb