Pakistanda minalanmış avtomobillə polis bölməsinə hücum edilib, 5 nəfər ölüb, 13 yaralı var
Rusiyada sərnişin qatarı relsdən çıxıb, 12 nəfər xəsarət alıb - YENİLƏNİB
Putin – Paşinyan görüşü: Ermənistan üzərində geosiyasi rəqabət - TƏHLİL
Tramp İranın körpülərini və elektrik stansiyalarını məhv etməklə hədələyib
21 Yanvar 08:35
1 792
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, 35 yaşlı Səməd Əliyev saxlanılıb.
APA DİN-ə istinadən xəbər verir ki, onun əlindəki çantadan ümumi çəkisi 10 kiloqram 745 qram olan heroin, həşiş və qurudulmuş marixuana aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, S.Əliyev narkotikləri satmaq məqsədilə əldə edib. Faktla bağlı cinayət işi başlanıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.