"Təmiz qida, sağlam həyat: isti aylarda necə qidalanmalı?"-Mövzu televiziya verilişində müzakirə olundu-VİDEO Hadisə

"Təmiz qida, sağlam həyat: isti aylarda necə qidalanmalı?"-Mövzu televiziya verilişində müzakirə olundu-VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi "Yay mövsümündə zəhərlənmə yaradan qida məhsulları ilə bağlı əhalinin maarifləndirilməsi" layihəsinin icrası davam edir. Cebhe.info xəbər verir ki, noyabrın 5-də layihə çərçivəsində Dialoq.info MMC-yə daxil olan "Yeni kanal" internet televiziyasında "Təmiz qida, sağlam həyat: isti aylarda necə qidalanmalı" adlı veriliş hazırlanıb. Layihənin rəhbəri Elman Cəfərlinin moderatorluğu ilə baş tutan verilişdə layihənin eksperti, araşdırmaçı jurnalist Vilayət Muxtar və Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü iştirak edib. Layihənin rəhbəri Elman Cəfərli bildirib ki, isti yay aylarında qida qəbulu ciddi yanaşma tələb edir: "May, iyun, iyul, avqust, sentyabr aylarında qida məhsullarının düzgün saxlanmaması və vaxtı keçmiş ərzaqlarla qidalanma nəticəsində zəhərlənmə halları artır. 2019-cu ilin 11 ayının (yanvar-noyabr) ayının statistikası göstərir ki, ən çox zəhərlənmə isti aylara (may-sentyabr aylarına) təsadüf edir. İsti aylarda bəzi ərzaqların saxlama müddəti ciddi surətdə azalır". Müasir İnkişaf İctimai Birliyinin sədri, jurnalist Mübariz Göyüşlü yay aylarında qida zəhərlənmələri mövzusunun olduqca aktual olduğunu bildirib: "Olduqca maraqlı mövzudur. Düzgün qidalanma, qida zəhərlənmələrindən qorunma olduqca vacib məsələdir. Qida təhlükəsizliyi məsələsi Azərbaycan cəmiyyətində önəm verilən mövzudur. Sizin tərəfdaşınız olan Qida Təhlükəsizliyi Agentliyinin yaranması da bu istiqamətdə atılan müsbət addımlardandadır. Lakin cəmiyyətin bu qurumun fəaliyyəti ilə bağlı gözləntiləri çoxdur". M.Göyüşlü deyib ki, yayda zəhərlənmələr bəzən vaxtı keçmiş qidalardan yaranır: "İş adamlarının, satıcıların məsuliyyətsizliyi üzündən vaxtı keçmiş qidalar satılır, nəticədə insaların səhhətində problemlər yaranır". "Hər şeyi dövlətdən gözləmək düzdün deyil" deyən M.Göyüşlü deyib ki, bu məsələdə ciddi nəzarət vacibdir: "Media, ictimai təşkilatlar aktiv olmalı, nəzarət məsələsində dövlət qurumlarına dəstək verməlidir". Layihənin eksperti, araşdırmaçı jurnalist Vilayət Muxtar qida zəhərlənmələri ilə bağlı maarifləndirmə işində canlı söhbətlərin rolunu yüksək qiymətləndirib: "Məktəblilərlə canlı görüşlərin böyük əhəmiyyəti var. Koronavirus andemiyası bitəndən sonra bu məsələ diqqət mərkəzində olmalıdır". V.Muxtar bildirib ki, qida zəhərlənmələri ilə bağlı maarifləndirmədə ənənəvi medianın və sosial şəbəkələrin böyük rolu var.