

Ukraynanın baş naziri Yuliya Svırıdenko və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyəti bir sıra mühüm görüşlər üçün Vaşinqtona yola düşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak özünün Telegram kanalında məlumat verib.
O, Ukrayna nümayəndələrinin üç mühüm istiqamətə toxunmaq niyyətində olduqlarına aydınlıq gətirib. Əvvəlcə müdafiə və hava hücumundan müdafiə qüvvələrinin gücləndirilməsi, həmçinin “zərbə imkanları” məsələlərini müzakirə edəcəklər. İkincisi, Ukrayna nümayəndə heyəti enerji təhlükəsizliyi və
Ukraynanın qışa hazırlığını müzakirə etməyi planlaşdırır. ABŞ-dakı danışıqlarda gündəmə gətirilməsi planlaşdırılan üçüncü mövzu Rusiyaya qarşı sanksiyalar siyasəti və Rusiyaya təzyiq göstərmək üçün yeni tədbirlərin işlənib hazırlanmasıdır.
Məryəm Quliyeva