TBMM sədri: Türkiyə, Pakistan və Azərbaycan arasında münasibətlər mükəmməl səviyyədədir Siyasət

TBMM sədri: Türkiyə, Pakistan və Azərbaycan arasında münasibətlər mükəmməl səviyyədədir

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türkiyə, Pakistan və Azərbaycan arasındakı əlaqələrdən danışıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Numan Kurtulmuş üç ölkə arasında münasibətlərin mükəmməl səviyyədə olduğunu vurğulayıb və parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib:

“Dörd illik fasilədən sonra Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin üçüncü konfransı keçirildi. Bu üç ölkə hər zaman bir-birini dəstəkləyib. Parlamentlər səviyyəsində də ölkələrimizin münasibətləri inkişaf etdirilməlidir. Keçirdiyimiz bu üçüncü görüşün çox faydalı olduğunu görürük”.