5 Dekabr 22:04
5 Dekabr 21:38
13 Oktyabr 21:47
1 743
Zərdabda ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Zərdab–Ucar avtomobil yolunda qeydə alınıb.
"BMW" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Mustafa Hacı oğlu Məmmədov hadisə yerində ölüb.
Qəza zamanı 2011-ci il təvəllüdlü Məhəmməd Qurban oğlu Neymətli və 1995-ci il təvəllüdlü Gündüz Yusif oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
6 Dekabr 14:23
1 393
6 Dekabr 13:33
1 365
6 Dekabr 11:55
1 988