Əhali arasında immunlaşdırma nə qədər çox olarsa, problemlər bir o qədər azalar - Həkim Hadisə

Əhali arasında immunlaşdırma nə qədər çox olarsa, problemlər bir o qədər azalar - Həkim

Əhali arasında immunlaşdırma nə qədər çox olarsa, gələcəkdə yarana biləcək problemlər bir o qədər azalar.

Trend-in məlumatına görə, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib. Onun sözlərinə görə, bu günə kimi Azərbaycanda istifadə olunan vaksinlər arasında ən keyfiyyətlisi "AstraZeneca"dır:

“"AstraZeneca" Oksford universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış vektorlu vaksindir. Vektorlu vaksinlərdən biri də Rusiya vaksinləridir. Bu gün Azərbaycan həmin vaksinlərdən almaqdadır.

Biz pandemiyanın bundan sonra hansı davranış sərgiləyəcəyini bilmirik. İmmunlaşdırma nə qədər çox olarsa, təbii ki bizim sonrakı problemlərimiz az olar. Əsas odur ki, vətəndaş ilk hansı şirkətin istehsalı olan vaksin vurdurubsa, ikinci doza da eyni vaksindən olmalıdır”.