

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda müştərək komanda təlimi keçib.
Xalqcebhesi.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Türkiyənin 9-cu Komando Briqada Komandanlığı ilə Əlahiddə Ümumqoşun Ordunun hərbi bölmələri müştərək komanda təlimi icra edib.