

Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlara başlamazdan əvvəl 30 günlük atəşkəs əldə edilməlidir.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Əvvəlcə 30 günlük qeyd-şərtsiz atəşkəs və bu müddət ərzində hərtərəfli sülh danışıqlarına keçid olmalıdır, əksinə deyil”, - Kelloq bildirib.
Qeyd edək ki, bu gün gecə saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də ilkin şərt olmadan birbaşa danışıqları İstanbulda bərpa etməyi təklif edib.