Trampdan Zelenskiyə: Putinin təklifini dərhal qəbul et! Dünya

Trampdan Zelenskiyə: Putinin təklifini dərhal qəbul et!

Ukrayna tərəfi Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə danışıqlar təklifinə dərhal razılaşmalıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Türkiyədə Rusiya-Ukrayna danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını aydınlaşdıracaq”, - deyə Ağ Ev rəhbəri bildirib.

Xatırladaq ki, Putin 15 mayda İstanbulda Rusiya və Ukrayna arasında birbaşa görüş təklif edib.