AB İsraillə sazişi yenidən gözdən keçirməlidir - Harris Dünya

AB İsraillə sazişi yenidən gözdən keçirməlidir - Harris

Avropa Birliyi (AB) ilə İsrail arasında imzalanmış Tərəfdaşlıq Sazişinin yenidən nəzərdən keçirilməsi vacibdir.

Xalqcebhesi.az Teleqraf-a istinadla xəbər verir ki, bunu İrlandiya baş nazirinin müavini, xarici işlər və müdafiə naziri Saymon Harris deyib.

Harris qeyd edib ki, sözügedən sazişdə insan hüquqları ilə bağlı müddəalar yer alır:

“Bu bəndlər münasibətlərin insan hüquqlarına hörmət əsasında qurulmalı olduğunu deyir. Bu sözlər yalnız kağız üzərində qalmamalıdır. Saziş təkrar gözdən keçirilməlidir. Dünya isə demək olar ki, heç bir tədbir görmür”.

Saymon Harris avropalı həmkarları ilə bu mövzunu müzakirə etmək istədiyini də qeyd edib. O, zorakılığın dayandırılması, humanitar yardımların artırılması və bütün əsirlərin dərhal azad olunması üçün mümkün olan hər şeyin edilməsinin vacibliyini vurğulayıb.