

Azərbaycanın Təhsil Nazirliyi və Türkiyə Maarif Vəqfi arasında əməkdaşlıq protokolu imzalanıb.
APA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter”də bildirib.
Əməkdaşlıq protokolunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev və Türkiyə Maarif Vəqfinin rəhbəri Birol Akgün imzalayıb.