Birinci Avropa Oyunlarının məşəli Gəncəyə yola salınıb Hadisə

Birinci Avropa Oyunlarının məşəli Gəncəyə yola salınıb

"Bakı - 2015" Birinci Avropa Oyunları məşəlinin respublikanın bölgələrə gəzintisini davam edir. Dünən məşəl Göygöl rayonuna aparılıb.
Göygöl rayonunda məşəl estafetinə Bayraq Meydanından start verilib. Burada məşəli rayon sakini, idman müəlliməsi Təhminə Əliyeva qəbul edib.
Göygöl rayonundan olan 10 idmançı marafon boyu məşəli bir-birinə ötürməklə 3 km-dək məsafəni qət edib, şəhərin mərkəzinə çatdırıb.
Sonuncu məşəldar, idman ustası Vüqar İbrahimov məşəli rayonun mərkəzi meydanında qurulan səhnəyə gətirib. Burada qurulan simvolik məşələ od vurulub.
Daha sonra məşəl Gəncə şəhərinə yola salınıb.