Tovuzda 24 yaşlı qız hamamda boğulub öldü Hadisə

Tovuzda 24 yaşlı qız hamamda boğulub öldü

Tovuz rayonunda gənc qız dəm qazından boğulub.

Hadisə fevralın 2-də axşam saatlarında baş verib.

Rayon sakini, 1998-ci il təvəllüdlü Qasımova Leyla Asif qızı yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından boğulub.
L.Qasımovanın meyiti bir müddətdən sonra hamamdan tapılıb. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.