29 Oktyabr 23:45
29 Oktyabr 23:30
29 Oktyabr 23:50
728
Əli Zülfüqaroğlu: “Paşinyan məhz bu prosesi aparır”
“Ermənistan baş nazirinin son zamanlar yürütdüyü siyasətin sülh prosesinə adekvat olduğunu söyləmək mümkündür. Paşinyan başa düşür ki, Azərbaycanla sülhün alternativi yoxdur. Əks proseslər Ermənistan üçün geridönüşü mümkün olmayan fəlakətlərə yol aça bilər”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlunun deyib.
Ə.Zülfüqaroğlu deyib ki, ona görə də mütəmadi olaraq, kilsə tərəfindən zəhərlənmiş Ermənistan cəmiyyətinə gerçəkləri anlatmağa ehtiyac duyur: “Orta məktəb şagirdlərinin Ağrı dağının Ermənistanda olmadığını bilməməsi ilə bağlı Paşinyanın açıqlamaları onun "real Ermənistan" konsepsiyası ilə bağlı prinsipiallıq nümayiş etdirəcəyinə işarə edir".
O, diqqətə çatdırıb ki, kilsə tərəfindən formalaşan “böyük Ermənistan” ideologiyası tam çökməyənə qədər bölgədə risklər davam edəcək: “Bunun üçün də şər yuvası olan kilsə tam olaraq neytrallaşdırılmalı, kilsəyə verilən konstitusion hüquqlar alınmalı və Ermənistanın siyasi səhnəsindən silinməlidir. Hesab edirəm ki, hazırda Paşinyan məhz bu prosesi aparır. Ona görə də, Azərbaycanın şərtlərinin Ermənistan tərəfindən qəbul edildiyini nəzərə alsaq, İrəvanda baş verənləri sülhün dayaqlarının möhkləmləndirilmə prosesi kimi dəyərləndirə bilərik. Faktiki olaraq bölgədə sülh abı-havası var və yekun sülh sazişi də mümkün qədər tezləşdirilməlidir ki, pozucu meyllər üçün zəmin yaranmasın”.
Ə.Zülfüqaroğlu həmçinin qeyd edib ki, istənilən halda Ermənistan heç bir istiqamətdə, o cümlədən hərbi və müdafiə sənayesində Azərbaycanla müqayisə oluna bilməz: “İki ölkənin potensialı arasında o qədər fərq var ki, Ermənistanın heç bir zaman balans yarada bilməyəcəyini söyləmək mümkündür. Təbii ki, Azərbaycan prosesləri yaxından izləyir və atılan addımlara adekvat siyasət yürüdür”.
29 Oktyabr 23:53
721
29 Oktyabr 23:45
868
29 Oktyabr 23:30
721