“Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevrilib”
27 Oktyabr 18:38
27 Oktyabr 18:38
27 Oktyabr 14:31
27 Oktyabr 14:27
30 Yanvar 09:58
2 163
ABŞ-ın ən yeni nüvə enerjili aviadaşıyıcısı USS John F. Kennedy Virciniya ştatında yerləşən Newport News Shipbuilding tərsanəsini tərk edərək dəniz (yürüş) sınaqlarına başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə gəmiqayırma şirkəti "Huntington Ingalls Industries" məlumat verib.
Bildirilir ki, manevrlər zamanı ilk dəfə olaraq dəniz şəraitində gəminin mühüm sistemləri və komponentləri sınaqdan keçiriləcək.
Aviadaşıyıcının gələn ilin mart ayında ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilməsi planlaşdırılır. Gəminin kilinin qoyulması 22 avqust 2015-ci ildə baş tutub. Aviadaşıyıcının dəyəri təxminən 13,2 milyard dollar olaraq qiymətləndirilir.
"HII" məlumatına görə, John F. Kennedy göyərtəsində 90-a qədər təyyarə və helikopter daşımaq qabiliyyətinə malikdir.
Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibində Nimitz sinfinə aid doqquz nüvə aviadaşıyıcısı və Gerald Ford sinfinə məxsus bir aviadaşıyıcı mövcuddur. USS John F. Kennedy də məhz bu yeni Gerald Ford sinfinə daxildir.
Məryəm Quliyeva
27 Oktyabr 18:38
1 064
27 Oktyabr 17:34
980
27 Oktyabr 14:31
910