Şeyx Əbdül xəstəxanaya yerləşdirilib Hadisə

Şeyx Əbdül xəstəxanaya yerləşdirilib

Xalq artisti, kinorejissor Şeyx Əbdül xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya xalq artistinin özü məlumat verib.

“Vəziyyətim bir qədər ağrılıdır. Sağ tərəfimdə yüngül infarkt əlamətləri var. Bu gün xəstəxanaya yerləşdirildim. Həkim nəzarətindəyəm. Səhhətimdə başqa problemlər də yaranıb”, - o deyib.