Təxribatın törədilmə üsullarına süni intellekt texnologiyalarından istifadə halları da daxil edilir
Ceyhun Bayramov Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi ilə görüşüb
İran ballistik raketlərlə ABŞ gəmilərini vurduğunu iddia edir
Zelenski: Ukrayna Körfəz ölkələrindən birinə dəniz dronları tədarük edəcək
30 Yanvar 10:32
2 338
UEFA Avropa Liqasının liqa mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, sonuncu - VIII turun bütün matçları eyni gündə keçirilib.
Türkiyənin "Fənərbağça" komandası Rumıniyada FKSB ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra turnir cədvəlini 12 xalla 19-cu pillədə başa vuran İstanbul təmsilçisi mübarizəni pley-off mərhələsində davam etdirəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi
VIII tur
30 yanvar
00:00. "Genk " (Belçika) - "Malmö" (İsveç) - 2:1
00:00. "Qo Ehed İqlz" (Niderland) - "Braqa" (Portuqaliya) - 0:0
00:00. "Panatinaikos" (Yunanıstan) - "Roma" (İtaliya) - 1:1
00:00. "Ştutqart" (Almaniya) - "Yanq Boyz" (İsveçrə) - 3:2
00:00. FKSB (Rumıniya) - "Fənərbağça" (Türkiyə) - 1:1
00:00. "Şturm" (Avstriya) - "Brann" (Norveç) - 1:0
00:00. "Nottinqem Forest" (İngiltərə) - "Ferensvaroş" (Macarıstan) - 4:0
00:00. "Ludoqorets" (Bolqarıstan) - "Nitsa" (Fransa) - 1:0
00:00. "Midtüllann" (Danimarka) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:0
00:00. "Bazel" (İsveçrə) - "Viktoriya" (Plzen, Çexiya) - 0:1
00:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Bolonya" (İtaliya) - 0:3
00:00. "Seltik" (Şotlandiya) - "Utrext" (Niderland) - 4:2
00:00. "Lion" (Fransa) - PAOK (Yunanıstan) - 4:2
00:00. "Srvena Zvezda" (Serbiya) - "Selta" (İspaniya) - 1:1
00:00. "Aston Villa" (İngiltərə) - "Zalsburq" (Avstriya) - 3:2
00:00. "Betis" (İspaniya) - "Feyenoord" (Niderland) - 2:1
00:00. "Lill" (Fransa) - "Frayburq" (Almaniya) - 1:0
00:00. "Portu" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 3:1
Bu nəticələrdən sonra "Lion", "Aston Villa", "Midtüllan", "Betis", "Portu", "Braqa", "Frayburq" və "Roma" 1/8, "Genk", "Bolonya", "Ştutqart", "Ferensvaroş", "Nottinqem Forest", "Viktoriya" (Plzen), "Srvena Zvezda", "Selta", PAOK, "Lill", "Fənərbağça", "Panatinaikos", "Seltik", "Ludoqorets", "Dinamo" (Zaqreb) və "Brann" isə 1/16 finala vəsiqə qazanıb.
Avropa Liqasında pley-off mərhələsinin püşkü bu gün atılacaq.