ABŞ və İran arasında əsas fikir ayrılığı ballistik raketlərdir Gündəm

ABŞ və İran arasında əsas fikir ayrılığı ballistik raketlərdir

ABŞ ilə İran arasında əsas fikir ayrılığı Vaşinqtonun İranın ballistik raketlərinin uçuş məsafəsinin məhdudlaşdırılması tələbi olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, İran ABŞ-ın bu tələbini qəbul etməkdən imtina edib və yalnız nüvə proqramı məsələsini müzakirə edəcəyini bəyan edib. Mənbələrin məlumatına görə, İranın ballistik raketləri İsraildə ən böyük narahatlıq doğurub, çünki Təl-Əviv ötən il İranla münaqişənin gərginləşməsi zamanı raketlərin qarşısının alınmasına hava hücumundan müdafiə üçün xeyli vəsait sərf edib.

Məryəm Quliyeva