Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutuları Britaniyaya göndəriləcək Gündəm

Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutuları Britaniyaya göndəriləcək

Ankara yaxınlığında qəzaya uğrayan Liviya hərbçilərindən ibarət nümayəndə heyətini daşıyan şəxsi təyyarənin qara qutuları təhlil üçün Böyük Britaniyaya göndəriləcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülqadir Uraoğlu məlumat verib.

NTV nazirin sözlərinə istinadən bildirib ki, "qəzaya uğrayan təyyarənin kabinəsinin səs yazıcısı və uçuş məlumatları yazıcısı zədələnib. Dünyada bu cür zədələnmiş cihazların müayinəsini apara bilən yalnız dörd ölkə var. Müayinə Böyük Britaniyada aparılacaq. Bu, uzun bir prosesdir. Biz öz nümayəndə heyətimizi yaratmışıq və onlar İngiltərəyə gedəcək və prosesi digər tərəflərlə birlikdə izləyəcəklər".
O izah edib ki, Liviyadan nümayəndə heyəti və təyyarə istehsalçısının nümayəndələri də Böyük Britaniyaya səfər edəcəklər.

Məryəm Quliyeva