Bu günün valyuta məzənnələri İqtisadiyyat

Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

"APA-Economics"in məlumatına görə, iyulun 29-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0419 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0800 manata kimi, avro isə 1,9697 manatadək ucuzlaşıb.