

29 İyul 15:17
29 İyul 11:26
29 İyul 10:46
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Mədəniyyət Nazirliyi və Daha tv-nin birgə layihəsi olan “Beyin fırtınası” müzakirə platformasında sosial, mədəni, fəlsəfi, elmi mövzuları müzakirə olunacaq. Gənclərin, tələbələrin və ekspertlərin iştirakı ilə gerçəkləşəcək müzakirələr Azərbaycandakı dünyanı və dünyadakı Azərbaycanı əhatə edəcək.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, layihə Azərbaycanın mədəni-intellektual irsini rəqəmsal platformaya daşımağı, müstəqillik illərində yetişmiş yazıçı və şairlərin, alim və filosofların, sosioloqların çıxış və müzakirələrinə yer verməyi, regionalardakı mədəniyyət mərkəzlərində intellektual müzakirələrin təşkilini, Azərbaycandan kənarda yaşayan azərbaycanlı elm və sənət adamlarıyla əlaqə yaratmağı, onların gənc nəsil üçün faydalı olan təcrübələrini sosial şəbəkələr vasitəsilə ictimailəşdirməyi, mənəvi dəyərlərin aşınmasına qarşı cəmiyyətin mədəni immunitetini gücləndirməyi, Azərbaycan dilinin zənginləşməsi üçün IV Sənaye çağının mövzularını Azərbaycan dilində yayımlamağı hədəfləyir.
“Beyin fırtınası” proqramında sənətin, elmin, fəlsəfənin aktual mövzuların aid auditoriyanın və ekspertlərin iştirakıyla gerçəkləşdiriləcək müzakirələr şəxslər deyil, şərhlər üzərində qurulacaq.
Layihədə tənqidi təfəkkürlə yaradıcı düşüncənin, ənənəylə yeniliyin dialoqu baş tutacaq.
Fikirlərin, faktların, alternativlərin yarışı kimi təşkil olunan müzakirələr intellektual mühitin genişlənməsinə, elitar mədəniyyətin formalaşmasına xidmət edəcək.