1 Yanvar 20:38
1 Yanvar 18:31
10:29
1 022
ABŞ və Avropa fond bazarlarında əsas indekslərsə artım müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, ABŞ fond bazarlarında Dow Jones Industrial Average indeksi 0,66% artaraq 48 382,39 bənd, S&P 500 indeksi 0,19% yüksələrək 6 858,47 bənd səviyyəsində qərarlaşıb. NASDAQ Composite indeksi isə 0,03% azalaraq 23 235,63 bənd təşkil edib.
Geniş bazarı əhatə edən NYSE Composite indeksi 1,05% artaraq 22 233,89 bənd, Kanadanın əsas fond göstəricisi olan S&P/TSX Composite indeksi isə 0,54% yüksələrək 31 883,37 bənd səviyyəsinə çatıb.
Avropa fond bazarlarında Euro Stoxx 50 indeksi 1,02% artaraq 5 850,38 bənd, Böyük Britaniyanın FTSE 100 indeksi 0,20% yüksələrək 9 951,14 bənd təşkil edib. Almaniyanın DAX indeksi 0,20% artaraq 24 539,34 bənd, Fransanın CAC 40 indeksi isə 0,56% yüksələrək 8 195,21 bənd səviyyəsində bağlanıb.
İspaniyanın əsas fond göstəricisi olan IBEX 35 indeksi 1,07% artaraq 17 492,40 bənd olub.
Qeyd edək ki, ABŞ fond bazarlarında müşahidə olunan dinamika investorların faiz dərəcələri ilə bağlı gözləntilərinin sabit qalması və korporativ maliyyə göstəricilərinə dair nikbin proqnozlarla əlaqələndirilir. Avropa bazarlarında isə yüksəliş əsasən inflyasiya təzyiqlərinin zəifləməsi, Avropa Mərkəzi Bankının monetar siyasətdə yumşalmaya gedə biləcəyi gözləntiləri və bank sektorunda alışların artması fonunda formalaşıb.
10:26
959
2 Yanvar 11:36
1 953
2 Yanvar 11:09
2 051