Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisi üçün icazə tələb olunacaq İqtisadiyyat

Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisi üçün icazə tələb olunacaq

Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısında dəyişiklik ediləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Qanuna əsasən, həmçinin, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmayacaq:

xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla);

tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla);

hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla).