Azərbaycan beynəlxalq maliyyə institutlarına ayırmaları 17% artırır İqtisadiyyat

Azərbaycan beynəlxalq maliyyə institutlarına ayırmaları 17% artırır

2026-cı ildə Azərbaycanın beynəlxalq və regional maliyyə institutlarında iştirakla bağlı xərcləri artacaq.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, maliyyə-kredit təşkilatlarının səhm kapitalında iştirak və beynəlxalq, regional təşkilatlara üzvlük haqları üzrə xərclər 2026-cı ildə 38 milyon manat nəzərdə tutulub. Bu, ötən ilə nisbətən 5,5 milyon manat və ya 16,9% çoxdur.

Qeyd edək ki, 2025-ci ildə beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının səhm kapitalında iştirak ilə bağlı xərclər 32,5 milyon manat təşkil edib.