6 Yanvar 17:01
1 428
Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinin təhlilinə dair analitik fəaliyyət üzrə auditor hesabatı hazırlanıb.
Bu barədə “APA-Economics” Hesablama Palatasına istinadən xəbər verir.
Qeyd edilib ki, “Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinin təhlili” barədə Analitik fəaliyyət üzrə hesabat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmışdır.
Auditor hesabatının tərtib olunmasında Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş hesabat və statistik məlumatlarından, Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirlərinin və təhlillərin nəticələrindən istifadə edilib.
Analitik fəaliyyətin aparılması zamanı INTOSAI-P 1 – Lima Bəyannaməsinin (Auditin Təməl Prinsipləri Bəyannaməsi) 2-ci maddəsinin tələbləri (preauditə dair) nəzərə alınmış, mütərəqqi təcrübə kimi “Proqnoz maliyyə məlumatlarının yoxlanılması” standartından da istifadə olunub.