Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT İqtisadiyyat

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.

APA xəbər verir ki, 979 ton "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Bundan əvvəl, 18 dekabrda isə Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilmişdi.

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT  - VİDEO Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT  - VİDEO Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT  - VİDEO