Azərbaycan ötən il Suriyaya 500 mln. kubmetr qaz ixrac edib İqtisadiyyat

Azərbaycan ötən il Suriyaya 500 mln. kubmetr qaz ixrac edib

Ötən il Azərbaycandan Avropaya 12,8 mlrd. kubmetr qaz nəql edilib, bu da illik müqayisədə 0,8% azdır.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə 9,6 mlrd. kubmetr (3% azalma) qaz Türkiyəyə (o cümlədən TANAP-la 5,6 mlrd. kubmetr, göstərici dəyişməyib) və 2,3 mlrd. kubmetr qaz Gürcüstana ixrac edilib (4,2% azalma).

Bununla yanaşı, hesabat dövründə Azərbaycan Suriyaya 0,5 mlrd. kubmetr qaz ixrac edib.