Kriptobirjada son durum: “Bitcoin” nisbətən bahalaşıb İqtisadiyyat

Kriptobirjada son durum: “Bitcoin” nisbətən bahalaşıb

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas kriptovalyutalar üzrə artım qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, “Bitcoin” sutka ərzində 0,50% artaraq 89 918,73 ABŞ dolları səviyyəsinə yüksəlib.

Ethereum 1,18% artaraq 3 015,99 dollar, BNB isə 1,25% artaraq 891,56 dollar olub.

Digər iri aktivlərdən XRP 2,34% artaraq 1,94 dollar, Solana 1,92% artaraq 130,21 dollar, Cardano 1,80% artaraq 0,3651 dollar, Dogecoin isə 1,39% artaraq 0,1271 dollar səviyyəsinə yüksəlib.

Stabilkoinlərdə isə qiymətlər demək olar ki, sabit qalıb. Tether 0,02% artaraq 0,9989 dollar, USD Coin isə 0,01% azalaraq 0,9996 dollar olub.

Analitiklərin fikrincə, sutkalıq artım qısamüddətli texniki bərpa, iri kapitallaşmaya malik kriptovalyutalara yönələn alışların artması və bazarda risk iştahasının müvəqqəti yüksəlməsi ilə bağlıdır. Bununla belə, həftəlik göstəricilərdə bir sıra aktivlər üzrə korreksiya təzyiqi qalmaqdadır.