“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
31 Yanvar 2020 17:04
4 529
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini kommersiyalaşdırmaq lazımdır. Bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfrasında deyib. Sədrin sözlərinə görə, fond barəsində daxili bazardan vəsaitlərin cəlb edilməsi və ipoteka kreditlərin həcminin artırılması üzrə layihələrin hazırlanması istiqamətində iş görmək lazımdır: “Bankların özünün uzunmüddətli ehtiyatları yoxdur və bu, onlara 20-25 il müddətinə ipoteka vemrəyə imkan vermir”.
İndiyədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 27 min 975 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 396 milyon 76,6 min manatdan çoxdur.
Biznes kreditlərinin ucuzlaşması hiss olunur, lakin bu kreditləri stimullaşdırmaq lazımdır. "Real sektora biznes kreditlərinin verilməsi ilə bağlı yaxın günlərdə İqtisadiyyat Nazirliyi ilə birgə geniş müzakirə aparılacaq. Hüquqi şəxslərə və biznesə verilən kreditlərdə faiz dərəcələrinin aşağı düşməsi dinamikası müşahidə edilir. Düşünürük ki, müəyyən tənzimlənmə çərçivəsi ilə biznes kreditləşməsini stimullaşdırmaq lazımdır. Banklar kommersiya subyektləridir və biz onlara göstəriş verə bilmərik ki, faiz dərəcələrini aşağı salsınlar. Müəyyən stimullar yaratmalıyıq", - deyə E.Rüstəmov qeyd edib.
Mərkəzi Bank banklarda kompleks yoxlamalar və qiymətləndirmə aparır. “Atabank”da likvidlik, maliyyə dayanıqlılığı problemləri var. Biz təklifləri formalaşdırmışıq və Maliyyə Sabitliyi Şurasına təqdim edəcəyik. Ümumilikdə, əmanətlərin qorunması istiqamətində problem yoxdur. Mərkəzi Bank “Atabank”ın əmanətləçilərinin vəsaitlərinə çıxış imkanını tez bir zamanda yaratmağa çalışır. Bununla yanaşı, “Atabank”da qorunmayan əmanətlər də var. Biz banka tövsiyə etdik ki, həmin şəxslərə bildiriş göndərilsin", - deyə E.Rüstəmov qeyd edib.
O bildirib ki, “Atabank” haqqında qərar isə Maliyyə Sabitliyi Şurası tərəfindən veriləcək: “Düşünürük ki, bankın ödəniş qabiliyyətini itirməsi digər banklar üçün reputasiya riski yaradır. Biz problemin tez həll olunmasını istəyirik”.
1 Noyabr 14:45
2 058
1 Noyabr 13:43
2 093
1 Noyabr 13:27
2 044