

30 İyul 16:34
30 İyul 15:48
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.
APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin planına uyğun olaraq, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkar olunan ekipaj üzvünün yerində sorğulanması və təxliyə edilməsi üzrə fəaliyyətlər uğurla icra olunub.
Qeyd edilib ki, mayın 17-nə qədər davam edəcək beynəlxalq təlimdə ölkəmizi Hərbi Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.