

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri uğurla başa vuran müdavimlərə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin məqsədi təlimləri uğurla başa vuran şəxslərə dövlət nümunəli sertifikatların təqdim edilməsi olub. Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qənnadçı-şirniyyatçı, satış təmsilçisi, mehmanxana qeydiyyatçısı, ofisiant, barmen və mühasib ixtisasları üzrə 120, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində isə elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, təmirçi-çilingər və mühasib ixtisasları üzrə təlimləri uğurla başa vuran 62 müdavimə sertifikatlar təqdim olunub.
Cari ildə Gəncə şəhərində məskunlaşan 182 nəfər məcburi köçkün qısamüddətli təlimlərə cəlb edilib. Təlimlərin müddəti təlim proqramlarının tələblərinə uyğun olaraq 1 aydan 3 ayadək müəyyən edilir. Təlim proqramları nəzəri biliklərin və praktik bacarıqların inteqrasiyası əsasında hazırlanıb. Təlimlərin əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir. Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikatlar təqdim edilir.
Ümumilikdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq təşkil edilən qısamüddətli təlimlər 10 peşə təhsil müəssisəsində 42 ixtisas üzrə keçirilir. Hazırkı dövrədək Dövlət Proqramı çərçivəsində ölkə üzrə 848 nəfər təlimlərə cəlb olunub. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək təlimlərdə iştirak edə bilərlər.