

Gürcüstanın daxili işlər naziri Gela Geladze Azərbaycana səfərə gəlib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Gela Geladze səfər çərçivəsində Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ilə görüş keçirəcək.
Tərəflər hüquq-mühafizə sahəsində iki ölkə arasında tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.
Nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə onun müavini Aleksandre Daraxvelidze və Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze daxildir.