İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
13 İyun 2025 19:33
3 164
İyunun 17-dən 19-dək Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Xalqcebhesi.az-a verilən məlumata görə, tədbirdə çoxsaylı qonaqlarla yanaşı, bir neçə ölkənin parlament sədrlərinin də iştirakı gözlənilir.
Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova plenar sessiyada açılış nitqi ilə çıxış edəcək.
Tədbir çərçivəsində təşkilatın Büro, Daimi komitə, həmçinin iqtisadi, hüquqi və sosial sahələr üzrə komitələrinin iclasları keçiriləcək, o cümlədən bir sıra təşkilati məsələlərə baxılacaq.
Plenar sessiyada isə “QDİƏT regionunda əlaqələrin gücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturunun yaradılması yolu ilə mobilliyin artırılması” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.
Tədbir çərçivəsində QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil veriləcək.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309