Tramp: ABŞ İran ətrafına Venesuelaya nisbətən daha böyük həcmdə qüvvələr cəmləşdirir
Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə banklara məhdudiyyətlər daxil edəcək
Baltik ölkələri birgə hərbi hərəkətlilik sahəsində razılığa gəliblər
Prokurorluq: "Qurtuluş" Reabilitasiya Mərkəzindəki qanunsuzluqlarla bağlı 3 nəfər həbs olunub
13 İyun 2025 20:07
2 590
İran hökumətinin nümayəndələri Tehranın nüvə proqramı ilə bağlı saziş bağlamaq istəyi ilə zəng edirlər.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News” kanalının efirində bildirib.
“İran saziş bağlamaq şansını qaçırdı. İndi, ola bilsin, onların başqa fürsəti ola bilər. Baxacağıq”, - o deyib.
İranın niyə indi, İsrailin hücumlarından sonra saziş bağlamaq istəməsi ilə bağlı sualın cavabında o vurğulayıb ki, İran hökumət nümayəndələri artıq ona bu cür təkliflərlə müraciət edirlər.
“Onlar mənə zəng edirlər, saziş haqqında danışmağa çağırırlar”, - Tramp söyləyib.