ABŞ əvvəlcə öz qitəsində hökmranlıq qurmaq istəyir
8 Yanvar 22:45

“Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində ölkədə davamlı şəkildə keçirilən struktur islahatlarla bağlı məsələyə də fikir bildirərək əsas məsələnin düzgün kadrların seçilməsində olduğunu qeyd etdi. Burada xüsusi nümayəndəlik institutu və ya icra hakimiyyətləri olmasının fərqi yoxdur. Dövlət başçısı vəzifələrə təyin olunan bütün kadrların qarşısında eyni vəzifələr qoyur. Təbii ki, dövlət başçısının imzası ilə etimad göstərmək böyük şərəfdir. Amma təəssüf ki, bəzi hallarda vəzifəyə təyin olunmuş kadrlar bu etimadı doğrultmurlar”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
A.Badamov bildirib ki, belə ki, etimadı doğrultmama halları həm xüsusi nümayəndəlik institutuna təyin olunmuş şəxslərdə, həm də icra başçılarının arasında olur: “Məsələn, Naxçıvana təyin olunmuş xüsusi nümayəndə qısa zamandan sonra işdən çıxarıldı. O cümlədən Nəsimi rayonunun icra başçısı da 47 gündən sonra vəzifəsindən azad olundu. Bu baxımdan dövlət başçısının da qeyd etdiyi kimi düzgün idarəetməni qurmaq üçün ilk növbədə təmiz kadrlar olmalıdır. Həm də xüsusi nümayəndə institutu ilə bağlı fikirlər bildirən dövlət başçısı qeyd etdi ki, bu, operativ, çevik və az məmurun iştirakını tələb edən idarə metodudur. Gələcəkdə nə vaxtsa bu idarə üsulu bütün ölkə üzrə tətbiq olunsun”.
Deputat hesab edir ki, xüsusi nümayəndə institutu müəyyən çərçivədə fəaliyyət göstərir, icra hakimiyyətlərinin işi daha geniş profillidir: “Həm də düzgün iş prinsipi ilə işini qurmuş icra hakimiyyətləri dövlət idarəetmə sistemində böyük töhfələr verir. Harada ki, işində qüsurlara və korrupsiyaya yol vermə halları olanda onlara qarşı sərt tədbirlər görülür, dövlət başçısı bu istiqamətdə də ictimai nəzarətin güclü olması ilə bağlı fikirlər bildirdi. Dövlət başçısı qeyd etdi ki, məmurların mənfi fəaliyyəti ilə bağlı ictimaiyyətdən siqnallar alınan kimi dərhal araşdırmalara başlanılır. Bu araşdırmalar müxtəlif qurumlarda aparılır və bu öz təsdiqini taparsa dərhal tədbirlər görülür”.
Onun sözlərinə görə, bu baxımdan dövlət başçımızın struktur islahatları ilə bağlı səsləndirdiyi fikirlərdən hər bir dövlət məmuru nəticə çıxarmalı və öz fəaliyyətlərini bir daha nəzərdən keçirməlidir: “Yəni əsas məqsəd xüsusi nümayəndə institutunun qurulması deyil. Burda əsas məqsəd dövlət strukturlarının şəffaf fəaliyyət göstərməsi, xalqa xidmət etməsi və dövlət başçısının göstərdiyi yüksək etimada sadiq olmasıdır. Ümumiyyətlə, dövlət başçımızın yerli televiziya kanallarına verdiyi müsahibə proqram xarakterlidir, daxili və beynəlxalq auditoriyalar üçün vacib mesajları özündə cəmləşdirir. Bu, həm də Azərbaycan dövlətinin gələcəyə baxışları və hədəflərinin nədən ibarət olduğunun açıqlanmasıdır”.
Röya İsrafilova