Paşinyan Bakı ilə ticarətə qarşı çıxanların narahatlığını əsassız adlandırıb Siyasət

Paşinyan Bakı ilə ticarətə qarşı çıxanların narahatlığını əsassız adlandırıb

Azərbaycandan benzin idxalı Ermənistanda illərdir mövcud olan yanacaq inhisarçılarını sıradan çıxaracaq.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Baş nazir deyib ki, Azərbaycandan yanacaq idxalı ilə Ermənistan bazarında qiymətlər orta hesabla 15 faiz ucuzlaşıb.

Paşinyan Bakı ilə ticarətə qarşı çıxanların narahatlığını da əsassız adlandırıb.

Onun sözlərinə görə, tərəflər arasında sülh bərqərar olunub və bu sülh gələcəkdə “institusional relslərə” qoyulacaq.