Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Ermənilərin şovinizm ideologiyası qonşuların cavab reaksiyasını yaradır”

“Ermənilərin şovinizm ideologiyası qonşuların cavab reaksiyasını yaradır” Siyasət

“Ermənilərin şovinizm ideologiyası qonşuların cavab reaksiyasını yaradır”

Elxan Ələsgərov: "Bu, Türkiyədə də, Qazaxıstanda da, Özbəkistanda da, digər türkdilli ölkələrdə də hiss olunur"

Bu il yanvarın 1-də Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan "Drevniy Rim" restoranında cinayət hadisəsi baş verib. İaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc - 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.
Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrə ötürülüb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub. Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub.
"Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərovun sözlərinə görə, Karaqandadakı hadisələr onu göstərir ki, Ermənistan əkdiyini biçməkdədir: "Ermənistan hakimiyyətinin nümayəndəsi Karaqandada vəziyyətin gərginləşməsində Azərbaycanı ittiham edib, amma reallıqda hadisələr onunla bağlıdır ki, Qazaxıstanda anti-erməni əhvali-ruhiyyə artır. Bu isə iki amillə bağlıdır: birincisi, əlbəttə ki, Karaqandada törədilmiş cinayətdir, ikincisi isə Ermənistanın anti-türk ideologiyasıdır". O qeyd edib ki, erməni politoloqlar öz şərhlərində çox vaxt hədlərini aşaraq türk xalqlarını "ikinci növ insanlar" və "mədəniyyətsiz" adlandırır: "Əlbəttə ki, bu, türkdilli əhalinin yaddaşından silinə bilməz. Belə bir atalar sözü var: Nə əkərsən, onu biçərsən". Onun fikrincə, Qazaxıstanla Ermənistan arasında münasibətləri pozan daha bir amil KTMT ilə bağlı hadisələrdir: "Ermənistanda Qazaxıstanın KTMT-yə erməni Baş katibin ikinci müddətə seçilməsini dəstəkləməməsi ilə bağlı vəziyyəti düzgün qəbul etməyiblər".
E.Ələsgərov qeyd edib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqiçəsi ilə bağlı bəyanatından sonra ermənilər onun şərəfinə adlandırılmış küçənin adını dəyişdilər və anti-Qazaxıstan şüarlar səsləndirdilər: "Ona görə də Karaqandada baş verənlər dərin köklərə malikdir. Ermənilərin şovinizm ideologiyası qonşuların cavab reaksiyasını yaradır. Bu, Türkiyədə də, Qazaxıstanda da, Özbəkistanda da, digər türkdilli ölkələrdə də hiss olunur".
Deputat, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə bildirib ki, Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində bir qrup erməninin yerli sakini qətlə yetirməsi sıradan bir hadisə deyil, bu, əslində həmin ölkədəki erməni icmasının özünü yerli əhaliyə qarşı çox aqressiv aparmasının nəticəsidir. O qeyd edib ki, hər bir gəlmə xalq istər-istəməz yerli adət-ənənələrə hörmətlə yanaşır və yerli əhali ilə normal münasibətlər qurmağa çalışır: "Ancaq gördüyümüz kimi, Qazaxıstanda ermənilər biznesdə, eyni zamanda, ictimai həyatda yer tutmalarına baxmayaraq, yerli əhaliyə qarşı aqressiyalarını gizlətməyə çalışmırlar və bunun nəticəsi olaraq Yeni il gecəsi qətl hadisəsi baş verdi". Deputat vurğulayıb ki, Qazaxıstanda yerli sakinlərin ayağa qalxması, erməni icmasının nümayəndələrinin ölkədən çıxarılmasını tələb etməsi artıq qazaxların ermənilərin hərəkətlərindən boğaza yığıldıqlarını göstərir: "Ümumiyyətlə, birinci dəfə deyil ki, erməni icmasının nümayəndələri yaşadıqları ölkənin yerli əhalisinə qarşı belə münasibət göstərirlər. Vaxtaşırı olaraq ermənilərin yaşadıqları ölkələrdə yerli sakinlərə qarşı kobud hərəkəti, qətl törətməsi faktlarına rast gəlirik". A.Mirzəzadə xatırladıb ki, vaxtilə Rusiya imperiyası tərəfindən Azərbaycan torpaqlarına köçürülən ermənilər sonradan bizim torpaqlara da iddia etdilər: "Qədim Azərbaycan torpaqlarında dövlət qurub azərbaycanlıları etnik təmizləməyə məruz qoydular. Hələ bu azmış kimi, Azərbaycana qarşı hərbi əməliyyatlar apararaq torpaqlarımızın 20 faizini işğal etdilər. Yəni ermənilərin milli düşüncəsində başqa millətlərə münasibətdə olan qüsurlar bu gün özünü bu və ya digər formalarda göstərir və Qazaxıstanda baş verən hadisə də buna bir nümunədir".
Politoloq Fikrət Sadıqov deyib ki, reallıq bundan ibarətdir ki, Qazaxıstanda ermənilərin sayı kifayət qədərdir: "Onlar hər zaman biznesdən əlavə səhnəarxası məsələlərlə məşğul olublar. Qazaxıstanın tarixində ermənilərlə bu cür toqquşmalar əvvəllər də qeydə alınıb".
O qeyd edib ki, bu toqquşmalar lokal xarakter daşıyır, genişmiqyaslı münaqişələrə çevrilmirdi: "Son Karaqanda hadisələrinə diqqət yetirsək, görərik ki, burada açıq şəkildə ermənilərin əli var. Ermənilər hesab edir ki, yaşadıqları ölkələrdə onların nüfuzu kifayət qədər yüksək, rolu çox böyük olmalı və onlar hər şeyə nəzarət etməlidirlər. Biz bunu tarixdən Azərbaycanda belə görmüşük. Onlar aparıcı yerlərdə işləyib, fəaliyyət göstrəriblər. İndi Qazaxıstanda da həmin bu məsələlər gündəmə çıxır".
F.Sadıqov düşünür ki, bundan əlavə bu məsələdə xaricdən kiminsə əlinin olduğu istisna deyil: "Mən ilk növbədə Ermənistan Respublikasını nəzərdə tuturam. Ermənistan öz-özlüyündə KTMT-də baş verən hadisələrdən çox narazıdır. Xüsusilə, Qazaxıstanın təşkilatdakı mövqeyi ilə bağlı Ermənistan tərəfində ciddi narazılıq var. Öz-özlüyündə istisna deyil ki, bu mövqe Qazaxıstanda yaşayan müəyyən eməni dairələrini qıcıqlandırır. Onları qazaxların üstünə qaldırır, münaqişə ocaqları yaratmaq istəyir". Nursultan Nazarbayev başda olmaqla Qazaxıstan rəhbərliyinin çox müdrik siyasət yürütdüyünü vurğulayan F.Sadıqov onların milli məsələləri hər zaman normal axında, mötədil formada həll etməyə çalışdığını vurğulayıb: "Əgər xaricdən fitnələr olmasa və təzyiq göstərilməsə bu münaqişəni yatırtmaq olar. Ancaq hansısa xarici qüvvə və ya ölkə burda maraqlıdırsa, bu çox genişmiqyaslı münaqişəyə çevrilə bilər. Bunu qətiyyən istisna etmək olmaz. Təsadüfi deyil ki, artıq iki ölkənin nazirləri bir-birləri ilə telefon danışıqları aparırılar. Onlar başa düşürlər ki, bu münaqişə artıq alovlana bilər".

Əli