Moskvada Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib Mədəniyyət

Moskvada Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib

Moskvada "Azərbaycan: Min bir rənglər ölkəsi" adlı mədəni tədbir keçirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, tədbir Azərbaycanın Rusiyadakı səfirliyi və Moskvadakı Beynəlxalq Qadınlar Klubunun birgə təşkilatçılığı ilə baş tutub.

Səfirlikdə keçirilən tədbirdə Moskvada akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərlərinin həyat yoldaşları, beynəlxalq diplomatik ictimaiyyətin və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev qeyd edib ki, proqramda milli geyimlərin, musiqinin, rəqslərin və Azərbaycan mətbəxinin nümunələrinin nümayişi yer alıb.

"Bugünkü layihənin əsas hissəsi ölkənin müxtəlif regionlarını təmsil edən Azərbaycan musiqisinin müşayiəti ilə milli geyimlərin nümayişi olacaq. Azərbaycan böyük mədəni müxtəlifliyi ilə seçilir", - deyə diplomat vurğulayıb.

Səfir qeyd edib ki, Azərbaycan dağlıq və aran bölgələri, müxtəlif iqlim şəraiti, etnik və mədəni xüsusiyyətləri ilə təkcə geyimdə deyil, həm də dildə, ləhcələrdə, adət-ənənələrdə və dini inanclarda əks olunub: "Məhz bu müxtəliflik Azərbaycan mədəniyyətini zəngin və çoxşaxəli edir".

Rəhman Mustafayev həmçinin milli geyimlərin, musiqinin və rəqsin hər bir xalqın kimliyinin vacib bir hissəsi olduğunu vurğulayıb: "Bunlar ölkənin mentalitetini, fərdiliyini və milli xarakterini daha dərindən anlamağa kömək edir. Ümid edərəm ki, qonaqlar parlaq təəssürat qazanacaqlar və proqramda fəal iştirak edəcəklər".

Tədbirdə iştirak edən qonaqlar bu cür təşəbbüslərin müntəzəmliyini və onların Azərbaycan mədəniyyətinin təbliği üçün əhəmiyyətini qeyd ediblər.
Proqramda Azərbaycanın müxtəlif regionlarının milli geyimləri, ənənəvi rəqsləri və musiqi əsərləri, eləcə də kəlağayı da daxil olmaqla sənətkarlıq nümunələri nümayiş etdirilib.

Qonaqlara milli mətbəx nümunələri, Azərbaycan şirniyyatları və çay təklif olunub.

Moskvada Azərbaycan mədəniyyətinin təqdimatı keçirilibMoskvada Azərbaycan mədəniyyətinin təqdimatı keçirilibMoskvada Azərbaycan mədəniyyətinin təqdimatı keçirilibMoskvada Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib