Təxribatın törədilmə üsullarına süni intellekt texnologiyalarından istifadə halları da daxil edilir
Ceyhun Bayramov Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi ilə görüşüb
İran ballistik raketlərlə ABŞ gəmilərini vurduğunu iddia edir
Zelenski: Ukrayna Körfəz ölkələrindən birinə dəniz dronları tədarük edəcək
30 Yanvar 14:59
2 660
2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 5.1% və ya 84.5 milyon manat artıb, banklardan xaricə köçürmələr isə 7.1% və ya 37.5 milyon manat azalıb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 674.3 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 527.9 milyon manat təşkil edib.