Kiyev və Vaşinqton arasında kritik sülh danışıqları başlayır
8 Oktyabr 17:39
8 Oktyabr 17:39
8 Oktyabr 15:20
8 Oktyabr 13:39
Pentaqondan nəhəng müqavilə: 6,3 milyard dollarlıq "SM-3" raketləri istehsal olunacaq
XİN: Müharibənin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
30 Yanvar 16:58
2 779
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər 2025-ci ilin dekabrında qəbul edilmiş Ermənistan-Aİ strateji tərəfdaşlıq gündəliyinin icrası məsələlərini müzakirə ediblər.
Görüşün ən mühüm məqamlarından biri Aİ Şurasının Ermənistan üçün Avropa Sülh Fondu (EPF) çərçivəsində ikinci yardım paketini təsdiqləməsi olub. Aİ tərəfi bu vəsaitin Ermənistanın böhranlara qarşı davamlılığını artırmaq və ordunun mülki əhalinin müdafiəsi imkanlarını genişləndirmək məqsədi daşıdığını bildirib.
Danışıqlar zamanı 2026-cı ilin may ayında İrəvanda keçirilməsi planlaşdırılan Ermənistan-Aİ Sammitinə hazırlıq məsələlərinə geniş yer ayrılıb. A. Mirzoyan və Marta Kos bu sammitin ikitərəfli əlaqələrdə yeni, daha yüksək mərhələnin başlanğıcı olacağını vurğulayıblar. Həmçinin, "Davamlılıq və Artım" proqramı çərçivəsində nəzərdə tutulan iqtisadi islahatlar və vizaların liberallaşdırılması istiqamətində atılan addımlar qeyd edilib.
Görüşdə Azərbaycanla Ermənistan arasında sülh prosesi və regional kommunikasiyaların açılması məsələlərinə də toxunulub. Tərəflər sülh müqaviləsinin imzalanacağı təqdirdə, Cənubi Qafqazda yeni infrastruktur layihələrinin icrası və iqtisadi əlaqələrin qurulması imkanlarını müzakirə ediblər.
07:58
308
8 Oktyabr 20:02
784
8 Oktyabr 17:23
777