ABŞ Venesuelada neft hasilatı layihələrinə digər ölkələri dəvət edir Dünya

ABŞ Venesuelada neft hasilatı layihələrinə digər ölkələri dəvət edir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Venesuelada neft hasilatı layihələrində iştirak etmək üçün digər ölkələri dəvət edir.

Tramp bu açıqlamanı Ağ Evin Oval kabinetində yeni sərəncamları imzalayarkən verib.

Onun sözlərinə görə, Karakasdakı rəhbərliklə münasibətlər müsbət məcradadır və yaxın vaxtlarda dünya ölkələri Venesuela neftini qəbul etməyə başlayacaq.

ABŞ prezidenti Venesuela istiqamətində cəmləşdirilmiş ABŞ hərbi-dəniz qüvvələrinin bir hissəsinin hələ də regionda qaldığını da təsdiqləyib.

Onun sözlərinə görə, sözügedən qüvvələr hazırda Venesuela sahilləri yaxınlığında yerləşir.