Dağlıq Qarabağ və “Aland modeli”ndən bəhs edən kitabın təqdimatı keçirilib Siyasət
- 29 Yanvar 2020 12:50
- 1 351
İsveç Krallığının Malmö Universitetinin dosenti Kamal Makili-Əliyevin “Mübahisəli ərazilər və beynəlxalq hüquq: Dağlıq Qarabağ və Aland adalarının müqayisəli tədqiqi” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən BMTM rəhbəri Fərid Şəfiyev kitab haqqında qısa məlumat verib. O, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində irəliləyişin olmadığını qeyd edib.
“Aland adaları modeli” münaqişənin hansı parametrlər çərçivəsində həllini müəyyənləşdirməyə kömək edir”, - deyə F. Şəfiyev vurğulayıb.
BMTM-nin əməkdaşı Fuad Çıraqov Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bu torpaqların Azərbaycana məxsus olduğunu və bu faktın beynəlxalq hüquqa əsaslandığını qeyd edib: “Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldiyi zaman ümidlər var idi ki, yeni hakimiyyət, yeni üzlər münaqişənin həllinə töhfə verəcək, danışıqlarda irəliləyişə təkan verəcək. Lakin bunun tam əksi müşahidə olunmaqdadır. Paşinyan əvvəlki hökumətin siyasətini davam etdirir, onlar substantiv danışıqlara hazır deyil. Paşinyan hökuməti əvvəlcə danışıqların formatını dəyişməyə cəhd etdi. Onlar əvvəlcə danışıqlarda Dağlıq Qarabağın erməni əhalisinin iştirakını tələb etməyə başladı və daha sonra ötən ilin oktyabrında Ermənistan Baş Naziri Xankəndində çıxış edərək bu ərazilərin Ermənistana məxsus olduğunu iddia etdi. Lakin Azərbaycan Prezident İlham Əliyev “Valday” Klubunda çıxışı zamanı bu iddialara əsaslı cavab verdi”.
Daha sonra çıxış edən kitabın müəllifi Kamal Makili-Əliyev kitab haqqında ətraflı məlumat verib. O qeyd edib ki, ictimai beynəlxalq hüquqa əsaslanaraq yazılan kitabda müqayisəli analizdən istifadə olunub.
Kitabın müəllifi əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi digər münaqişələrlə müqayisə olunub və hətta ATƏT-ə üzv ölkə kimi illər öncə İsveç hökuməti bu modeli münaqişə tərəflərinə təklif edib.
Tədbir çıxışlarla başa çatıb.
-
Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış 2 azyaşlı təxliyə edilib - VİDEO
-
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
-
Həkimlərin talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğu - Məhkəmə prosesi
-
Əli Əsədov: Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir
-
Güney Azərbaycan Tələbə Günüdür
-
Bakıda müxtəlif ünvanlara narkotik yerləşdirərək İran vətəndaşına məlumat verməli olan kuryerlər saxlanılıb
-
Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukraynanın bərpası üçün istifadəsinə dair siyasi razılıq əldə olunub
-
Prezident İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu göndərib
-
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək
-
Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar
-
Zelenski Orbanı Sülh Sammitinə dəvət edib
-
Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb
-
Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH
-
Mətbuat Şurasının sədri Elşad Paşasoyu təltif etdi - FOTO
-
QHT "Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin icrasına başlayıb
-
Azərbaycan Bolqarıstanla strateji tərəfdaşlığı gücləndirir
-
Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub
-
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
-
“Qərbin Gürcüstanda vəziyyəti gərginləşdirmək üçün atdığı addımlar ciddi problemlər yarada bilər”
-
Ali qonağın şərəfinə
-
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
-
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
-
Azərbaycan və İsrail XİN-ləri arasında məsləhətləşmələr keçirilib
-
Əfqanıstanda partlayış nəticəsində 3 polis ölüb, 5-i yaralanıb
-
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
-
Zelenski Danimarka Baş naziri ilə F-16-ların Ukraynaya çatdırılmasını müzakirə edib
-
Mayın 12-də 25 minə yaxın şagird imtahan verəcək
-
“AstraZeneca” COVID-19 vaksinlərini geri çağıracaq
-
BNM “Zəfər şahidləri” layihəsinin icrasına başlayıb
-
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
-
Radev: Azərbaycanın işlənmiş neft məhsullarından müxtəlif məhsullar hazırlamaqla bağlı təşəbbüsümüz var
-
Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb
-
Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır
-
Bolqarıstan Prezidenti Azərbaycanla münasibətlərin daha yüksək səviyyəyə qalxacağına əmindir
-
Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır
-
Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək
-
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
-
Paşinyan Moskvadadır
-
Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb YENİLƏNİB
-
Cənubi Koreya Prezidentinin qayınanası azadlığa buraxılacaq
-
Mesopotamiya Ekspresi: Türkiyənin Ən Yeni və Populyar Turist Qatar Marşrutu
-
Xətai rayonunun məktəbliləri arasında “Əbədiyaşar Lider“ mövzusunda inşa yazı müsabiqəsi keçirilib
-
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşüb
-
Anar Məmmədli ev dustaqlığına buraxılmayıb
-
Kreml: Putinlə Paşinyanın görüşü hər iki tərəfə lazımdır
-
9 mayda bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
-
ABŞ İsrail ordusuna aviabombaların göndərilməsini dayandırıb
-
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənilib
-
Qlobal neft hasilatının artım tempi gələn il cüzi sürətlənəcək - PROQNOZ
-
Rasim Balayev qonorarların nizamlanması ilə bağlı Baş nazirə məktub ünvanlayıb
-
Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb
-
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür
-
Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb
-
Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib
-
Güneyli şair Məhəmmədtağı Tağızadə dünyasını dəyişib
-
Güneyli aktivistlər Əli Rəzeyzadə Nadarlı ilə görüşüblər
-
Lukaşenko Rusiyaya səfərə gedib
-
Mərənddə hökumət məmurları həbs edilib
-
Dörd ayda istehlakçılara 59 mln. manatdan çox ƏDV qaytarılıb
-
Rusiyada oğurluqda şübhəli bilinən ABŞ hərbçisi həbs edilib