Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik - Hulusi Akar Siyasət

Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik - Hulusi Akar

Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, atəşkəs rejimini pozan Ermənistan mülki obyektləri, qadın və uşaqlar da daxil olmaqla günahsız əhalini vurmaqda davam edir:

“İnanıram ki, Azərbaycan Silahlı Qüvvələri həlak olan dinc əhalinin qanını yerdə qoymayacaq. Ərazi bütövlüyünün bərpasına, doğma torpaqlarına qovuşma mübarizəsində Azərbaycan türkü qardaşlarımızın yanında olmağa, haqlı mübarizələrində onları dəstəkləməyə davam edəcəyik”.