Səfir Pakistan mətbuatında nələrdən yazıb? Siyasət

Səfir Pakistan mətbuatında nələrdən yazıb?

Pakistanın nüfuzlu ingilis dilli "Pakistan Observer", "Navai Vakt", "Al-Azkaar" qəzetləri, "Centreline" və "Pakistan in the World" jurnalları həmçinin "DNA News" informasiya agentliyində Azərbaycanın səfiri Daşqın Şikarovun "Dağlıq Qarabağ münaqişəsi: mənbəyi, hazırki durumu, hüquqi aspektləri" adlı məqaləsi çap olunub.
Trend-in verdiyi məlumata görə, məqalədə, Dağlıq Qarabağın Gülüstan və Türkmənçay sazişlərinin imzanlamnması və birinci dünya müharibəsindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycana köç etdikləri və Azərbaycanın tarixi torpağı olan İrəvan xanlığında Ermənıstanın yaradıldığı vurğulanıb. Yazıda, bildirilİb ki, 1905-ci və 1907-ci illərdə, həmçinin 1918 –ci ilin mart ayında Bakı şəhəri və Azərbaycanın digər şəhərlərində ermənilər tərəfindən Azərbaycanlılara qarşı soyqırımı siyasəti tətbiq edilib, nəticədə on minlərlə günahsız mülki insan qətlə yetirilib. Səfir D. Şikarov, Stalinin 1945-ci il qərarı, SSRİ-nin Nazirlər Sovetinin 1947 və 1948 –ci illərdə qəbul etmiş qərarları və digər bu kimi tarixi faktları gətirərək bildirib ki, 70 il sovet dövrü ərzində Ermənistan Azərbaycanın torpaqları hesabına genişlənib, burada yaşayan azərbaycanlılar Azərbaycanın Kür-Araz düzənliyi və Muğana köçürülüb və nəhayət 1988 –ci ildə Azərbaycana ərazi iddialarını irəli sürən Ermənıstan burada yaşayan 200 mindən çox azərbaycanlını öz dədə-baba torpaqlarından didərgin salıb. Eyni zamanda, 1961-1963-cü illərdə 226 min erməni xarici ölkələrdən Ermənıstan SSR-ə köçürülüb. Məqalədə, 1988-ci illərin sonunda Ermənıstan havadarlarının dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin özünə birləşdirmək xülyasına düşdüyü, bu istiqamətdə bir sıra qanunsuz hüquqi aktların qəbul edildiyi vurğulanıb. Sumqayıt hadisələrindən yazan D. Şikarov çaxnaşmaların əvvəlcədən planlaşdırrılmış təxribat xarakterli bir aksiya olduğunu bildirib. Qeyd edib ki, cinayətin əsas icraçılarından biri erməni mənşəli Edvard Qriqoryan olub.
Pakistan mətbuatında nəşr olunmuş məqalədə səfir D. Şikarov münaqişənin hərbi fazasına diqqəti cəlb edərək, 1991-ci ilin sonunda başlayan hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağ və ətrafındakı 7 rayon daxil olmaqla Ermənistan tərəfindən Azərbaycanın 20 faiz ərazilərinin işğal olunduğunu vurğulayıb. Hərbi münaqişə nəticəsində 1 milyon azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb. Səfir bildirib ki, Ermənıstan Azərbaycan Respublikasının ərazilərinin işğalı, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparması, hərbi cinayətlərin törədilməsi, qondarma Dağlıq Qarabağdakı separatçı rejiminin yaradılmasına tam məsuliyyət daşıyır.
Məqalədə Xocalı soyqırımına xüsusi yer ayrılıb, bu cinayətin təfsilatları açıqlanıb. Bildirilib ki, sovet ordusunun motoatıcı alayının dəstəyi ilə erməni hərbi hissələri üzün müddətdir ki mühasirədə olan Xocalıya hücum nəticəsində aralarında uşaq, ahıl, qadınlar olmaqla 613 nəfər mülki insan xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər yaralanıb, 150 nəfər itkin düşüb, mindən çox insan girov götürülüb. Səfir, Xocalı soyqırımının ermənilər tərəfindən düşünülmüş bir soyqırım aksiyası olduğunu qeyd edərək, buna sübut kimi qətliyamın icraçılarından biri olan Ermənıstanın hazırki prezidenti S. Sarksyandan sitat gətirib.
Daha sonra D. Şikarov BMT-nin Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş "Qətliyamın qarşısının alınması və Soyqırım Cinayətinə görə Cəza" konvensiyasına əsasən Xocalıda soyqırım aksiyasının baş verdiyini bildirib və bu soyqrımı Pakistan İslam Respubliaksı da daxil olmaqla bir sıra ölkələr və beynəlxalq təşkilatların soyqırım kimi rəsmi tanindığını vurğulayıb.
Səfir, buna əlavə olaraq bildirib ki, özlərini dünya mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu və 20-ci əsrin əvvəllərində qondarma soyqırımına məruz qaldıqlarını iddia edən ermənilər, elə həmin əsrin sonlarında özləri günahsız insanlara qarşı ağlasığmaz barbarlıq aktına əl atıblar. Eyni zamanda, vurğulayıb ki, ermənilərə məxsus ASALA və digər terror təşkilatları Yaxın şərq ölkələrində türk səfirliklərinə, baş konsulluqlarına və Türkiyə şirkətlərinə qarşı bir sıra terror aktlarının həyata keçirilməsi və dünya birliyi tərəfindən ermənilərn müxtəlif ölkələrdə 46 Türk diplomatının qətlə yetirilməsi, ABŞ, Avropada həyata keçirdiyi barbarlılq və soyqrım siyasətinə lazımı qiymətin verilməməsi, Ermənistanı daha da ruhlandırıb və 26 fevral 1992-ci il tarixində ermənilər Xocalıda əsrin ən qəddar və acımasız soyqrım aktıni həyata keçiriblər. Bu gün ermənilərin 1915-ci ildə qondarma soyqrıma məruz qalmalarının 100 illiyini qeyd etməsi, əslində ermənilərin özlərinin 1905, 1907, 1918, 1973-94 və 1992-ci illərdə həyata keçirtdiyi cinayətlərdən dünya dövlətlərinin diqqətini yayındırmaqdır.
Məqalədə, Ermənıstanın işğalçılıq siyasətinin acı fəsadlarından danışılıb, Azərbaycan iqtisadiyyatına dəymiş zərərin həcmi açıqlanıbr. Bildirilib ki, 1994-ci ildə imzalanmış atəşkəs Ermənıstan tərəfindın məqsədyönlü şəkildə mütəmadi olaraq pozulur, bu kimi hallar 1994-ci il ərzində və 2015-ci ilin başlancığında daha da intensivləşib.
Məqalədə münaqişənin hüquqi aspektlərinə həsr edilmiş paraqrafında BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü və siyasi suverenliyini təsdiqləyən, həmçinin işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyri şərtsiz çıxarılmasını tələb edən 4 qətnamələrinin qəbul edildiyi bildirilib. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA və digər mötəbər beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr qəbul edildiyi diqqətə çatdırılıb. Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənıstan tərəfindən yaradılmış separatçı qurumun qeyri qanuniliyi beynəlxalq səviyyədə dəfələrlə təsdiq edilib. Ermənıstanın tam nəzarətində olan qondarma "Dağlıq Qarabağ Respublikası" beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.
Yazıda vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həll etmək məqsədi ilə ABŞ, Fransa və Rusiyanın həmsədrliyilə ATƏT-in Minsk qrupu yaradılıb, lakin indiyə qədər bu qrupun fəaliyyəti, həmçinin bu istiqamətdə atılan digər cəhdlər Ermənistanın heç bir qanunlara məhəl qoymaması səbəbindən nəticəsiz qalıb.
Pakistanın Ermənıstan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe haqqında yazan səfir Daşqın Şikarov Azərbaycanın dövlət müstəqilliyini tanıyan Pakistan İslam Respublikasının Ermənıstanı bir dövlət kimi tanımadığını bildirib və qeyd edib ki, Pakistan Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyib. Vurğulayıb ki, Pakistan Senatı tərəfindən 01.02.2012 və 05.10.2013-ci ildə qəbul edilmiş qətnamələrində Pakistanın qanunverici orqanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib və BMT TŞ-nin qətnamələrinin icra edilməsini, həmçinin işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın qeyd-şərtsiz çıxmasını tələb edib. Qəbul edilmiş birinci qətnamədə Pakistan Senatı Xocalı soyqırımını rəsmi tanıyıb və bu cinayətin arxasında duranların məsuliyyətə cəlb edilməsini tələb edib. Qardaş Pakistana tutduğu mövqeyə görə dərin minnətdarlığını bildirən səfir, bu addımın Pakistan dövlətinin ədalət prinsiplərinə sadiqliyi, beynəlxalq hüquqa hörməti və səmimi dostluğun təzahürü kimi qiymətləndirib.
Məqalənin sonunda Daşqın Şikarov Dağlıq Qarabağ münaqişəsinin regionda böyük təhlükə yaratdığını, bu münaqişənin beynəlxalq hüquq normaları əsasında tezliklə həllinin regionda sülh və tərəqqiyə yol açacağını qeyd edib.