QHT anlayışı və bu sahədəki qanunvericilik Layihə

QHT anlayışı və bu sahədəki qanunvericilik

Azərbaycanda "3-cü sektor" nə tələb edir?

(əvvəli ötən sayımızda)

Qanunvericilik QHT-nin dövlət qeydiyyatına alnmasından imtina üçün bir neçə əsas verir. Belə ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" qanunun 15-ci maddəsinə əsasən hüquqi şəxslərin yaradılmasının qanunla müəyyən edilmiş qaydasının pozulması və onların təsis sənədlərinin qanunvericiliyə uyğun olmaması dövlət qeydiyyatına almadan imtina edilməsi üçün əsasdır. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 17-ci maddəsində təsbit edildiyi kimi QHT-nin dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina oluna bilər:
- Həmin ad altında digər QHT mövcud olduqda;
- Dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlər Azərbaycan Konstitusiyasına, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqmda" qanuna və ölkənin digər qanunlarına zidd olduqda,
- Təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda.
Qanunvericilik QHT-nin dövlət qeydiyyatına alınmasından imtina ilə əlaqədar ədliyyə orqanlarının üzərinə bir sıra vəzifələr qoyur. Belə ki, QHT-nin dövlət qeydiyyatına alınmasından imtina haqqında qərarda imtinanın əsasları, təsis sənədlərinin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələri göstərilməli və həmin qərar yazılı surətdə QHT-nin nümayəndəsinə təqdim edilməlidir.
Dövlət qeydiyyatına almadan imtina həmin QHT-nin dövlət qeydiyyatı üçün yenidən müraciət hüququndan məhrum etmir. Başqa sözlə, QHT-nin dövlət qeydiyyatına alınmasından imtina pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin yenidən dövlət qeydiyyatı üçün təqdim edilməsinə mane ola bilməz.
QHT ədliyyə orqanlarının göstərdikləri pozuntuları aradan qaldırdıqdan sonra qanunvericiliklə müəyyən edilən qaydada lazımi sənədləri yenidən dövlət qeydiyyatına alınmaq üçün təqdim edə bilər. QHT-nin dövlət qeydiyyatına alınmasından imtina haqqında məhkəməyə şikayət verilə bilər.
Qüvvədə olan qanunvericiliyə əsasən QHT-lər iki yolla yaradılır:
1. Təsis olunma,
2. Mövcud olan QHT-nin yenidən təşkil olunması.
QHT-larin təsis olunması təsisçilərin qərarı ilə reallaşdırılır. Bunu etmək üçün öncə QHT-nin adı, yeri, fəaliyyətinin məqsədi və predmeti, idarə olunma qaydası müəyyənləşdirilir, onun nizamnaməsi tərtib olunur və təsis edilmə haqqında qərar qəbul edilir. QHT-nin təsis edilməsi məqsədilə təsis yığıncağı keçirilə bilər. Təsis yığıncağı adətən təsisçilərin sayı çox olduqda həyata keçirilir. Təsis yığıncaqlarının keçirilməsi qaydaları, gündəliyi, reqlamenti, qərarların hansı səs çoxluğu ilə qəbul edilməsi təsisçilərin özləri tərəfindən müəyyən edilir.
Təsis yığıncağı protokolla rəsmiləşdirilir, yığıncağın sədri və katibi tərəfindəıı imzalanır. Yığıncaqda QHT-nin təsis olunması, nizamnaməsinin qəbul olunması haqqında qərarlar çıxarılır. Həmçinin yığıncaqda rəhbər orqanlara seçkilər də keçirilir. Bunlar hamısı protokolda öz əksini tapmalıdır.
QHT-lərin təsis edilməsi təsis müqaviləsinin bağlanması yolu ilə də həyata keçirilə bilər. Təsis müqaviləsi bir qayda olaraq təsisçilərin sayı nisbətən az olduqda bağlanır. Təsis müqaviləsində QHT-nin yaradılması və onun nizamnaməsinin qəbul edilməsi haqqında təsisçilərin qərarı, QHT-nin yaradılmasına münasibətdə təsisçilərin qarşılıqlı hüquq və vəzifələrinin həçmi, QHT-nin fəaliyyətinin məqsədi və xarakteri, idarə olunma qaydası və qanunvericiliyə zidd olmayan digər məsələlər nəzərdə tutula bilər.
QHT-nin təsis olunması barədə təsis müqaviləsi bütün təsisçilər tərəfindən onların adı, atasının adı, soyadı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin (pasportun və ya 9 saylı formanın) seriyası, nömrəsi və verilmə tarixi göstərilməklə imzalanır və notariat qaydada təsdiq olunur. Təsis müqaviləsi hüquqi şəxslər arasında bağlanarsa, hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik nümayəndənin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunur.
QHT bir təsisçi tərəfindən yaradıldıqda təsis yığıncağı keçirilmir və təsis müqaviləsi bağlanmır. Bu halda fıziki və ya hüquqi şəxs təkbaşına olaraq QHT-nin təsis edilməsi haqqında qərar qəbul edir və nizamnaməsini təsdiq edir. Həmin qərar notarial qaydada, yaxud təşkilatın səlahiyyətli nümayəndəsinin imzası və təşkilatın möhürü ilə təsdiq edilir (təsisçi hüquqi şəxs olarsa). Qeyd etmək lazımdır ki, bir fıziki və ya hüquqi şəxs tərəfindən yalnız fond təsis oluna bilər. İctimai birlikdə isə bir neçə fıziki və ya hüquqi şəxs tələb olunur.
QHT-lərin dövlət qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və onun yerli qeydiyyat orqanları tərəfindən həyata keçirilir. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 16-cı maddəsində nəzərdə tutulur ki, QHT- lərin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" qanuna əsasən hüquqi şəxsin, о cümlədən qeyri-hökümət təşkilatının dövlət qeydiyyatına alınması üçün müvafıq dövlət qeydiyyatı orqanına (Ədliyyə Nazirliyinə və уa onun yerli qeydiyyat idarələrinə) yazılı ərizə ilə müraciət olunmalıdır. Ərizədə QHT-nin dövlət qeydiyyatına alınması barədə xahiş ifadə olunur.
QHT-nin dövlət qeydiyyatına alınması barədə ərizə həmin təşkilatın rəhbəri, yaxud təsisçisi (təsisçilərdən biri), yaxud da onların qanunauyğun qaydada, notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında vəkil etdiyi şəxs tərəfındən imzalanır. Ərizədə qoyulan imza notarial qaydada təsdiq edilməlidir.
QHT-nin dövlət qeydiyyatına alınması üçün ərizəyə aşağıdakı sənədlər əlavə olunur: QHT-nin nizamnaməsi (5 nüsxə), QHT-nin təsis yığıncağının protokolu (əgər təsis yığıncağı keçirilməyibsə, təsis müqaviləsi) (l nüsxə), QHT-nin yaradılması haqqında qərar (1 nüsxə), dövlət qeydiyyatı üçün müvafıq rüsumun ödənilməsi haqqında sənəd, identifıkasiya kodu, QHT-nin hüquqi ünvanı haqqında sənəd, möhür və ştampın eskizləri, QHT-nin üzvləri haqqında bütün məlumatları özündə əks etdirən və notarial qaydada təsdiq olunmuş sənəd, üzvlərin yaşayış yerindən arayış.
QHT-nin hüquqi ünvanı ilə bağlı sənədi ayrı-ayrı özəl obyektlərin sahibindən, xüsusi mülkiyyətdə olan mənzillərin sahiblərindən və s. almaq olar. Həmin sənəddə mülkiyyətçinin, sahibin və s. müvafiq ünvanda QHT-nin dövlət qeydiyyatından keçdikdən sonra yerləşməsinə razılığı ifadə olunmalıdır. Ərizə notarial qaydada təsdiq olunmalıdır. İdentifikasiya kodu isə Dövlət Statiska Komitəsindən QHT- nin nizamnaməsi təqdim olunaraq alınır.
Ədliyyə orqanları QHT-nin dövlət qeydiyyatına alınması haqqında daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə 10 gün müddətində baxmalı, müraciət edənlərə dövlət qeydiyyatı haqqında şəhadətnamə, yaxud dövlət qeydiyyatına almaqdan imtina barədə yazılı məlumat verməlidir.
Qanunvericiliyin tələblərinə görə, həmin ad altında digər QHT mövcud olmadıqda, təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə zidd olmadıqda və sənədlərdə yanlış məlumatlar aşkar edilmədikdə QHT dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatı haqqında şəhadətnamə QHT-nin möhür, ştamp, firma blanklarının hazırlanması, bank hesablarının açılması, habelə vergi orqanlarında uçota alınmaları üçün əsasdır. Qüvvədə olan qanunvericiliyə görə bütün vergi ödəyiciləri, o cümlədən QHT-nin hüquqi ünvanı olan ərazi üzrə dövlət vergi orqanlarında uçota alınmalı və onlara vergi orqanlarında vahid uçot nömrəsi olan vergi ödəyıcısının eynileşdirmə nömrəsi (VÖEN) verilməlidir. Uçota durmaq və VÖEN almaq üçün QHT müvafiq ərazi üzrə vergi orqarına ərizə ilə müraciət etməlidir. QHT bu ərizəni dövlət qeydiyyatından keçdikdən sonra 30 gün ərzində təqdim etməlidir.
Vergi ödəyicisi kimi QHT yuxarıda qeyd olunan sənədlə birlikdə dövlət vergi orqanına aşağıdakı sənədləri də təqdim etməlidir:
1. Nizamnamənin və dövlət qeydiyyatı haqqında şəhadətnamənin sürəti,
2. Rəhbərin təyin olunmasını (seçilməsini) təsdiq edən sənədin surəti,
3. Hüquqi ünvanı təsdiq edən sənəd (icarə müqaviləsinin və ya mülkiyyət hüququnu təsdiq edən sənədin surəti və s.).
Vergi orqanı ərizə və müvafiq sənədlər daxil olduqdan sonra 10 gün müddətində QHT-ni vergi ödəyicisi kimi uçota almalı və ona müvafıq şəhadətnamə verməlidir. QHT-nin yerləşdiyi yer dəyişildikdə, o, 15 gün müddətində yenidən uçota alınmaq (yəni əvvəlki vergi orqanında uçotdan çıxanlmaq və yeni vergi orqanında uçota alınmaq) üçün müvafıq ərazi üzrə vergi orqanına ərizə ilə müraciət etməlidir.
Uçota alınmaq (yenidən uçota alınmaq) üçün ərizənin forması vergi orqanı tərəfindən təsdiq edilir və ondan alına bilər. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma üçün heç bir haqq tutulmur.
Vergi orqanlarından başqa QHT Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikası Əlilləri Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Fondunun yerli orqanlarında qeydə alınmalıdır. QHT dövlət qeydiyyatından keçdikdən sonra 10 gün müddətində tədiyəçilər sifətində Əlilləri Sosial Müdafiə Fondunun həmin ərazidəki yerli orqanında qeydə alınmalıdır.
Tədiyəçilər qeydə alınmaq üçün lazım olan məlumatları fondun yerli orqanlarına Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi tərəfındən təsdiq edilmiş forma üzrə təqdim etməlidirlər. Fondun yerli orqanlarında qeydiyyatdan keçəndən sonra tədiyəçiyə bildiriş vərəqəsi göndərilir. Vergi ödəyicisi kimi QHT vergi orqanlarında uçota alındıqdan və müvafıq şəhadətnamə aldıqdan sonra ona ərizəsi əsasında bank idarəsində hesab açmaq üçün şəhadətnamənin vergi orqanında təsdiq olunmuş dublikatı verilir. Dublikat alındığı tarixdən 30 gün müddətində hesab açılmaq üçün istifadə olunmadıqda, qüvvədən düşmüş hesab edilir.
Dublikat alındıqdan sonra həmin sənədlə yanaşı QHT rəhbərinin və mühasibinin notariat qaydasında imzalan təsdiq olmuş ərizəsi, QHT nizamnaməsi, notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti, statistika orqanında uçota alındığını təsdiq edən sənədlər, birliyin rəhbərinin və mühasibinin təyin edilməsi barədə əmrlər hesabın açıldığı banka təqdim edilir.

Cavid

(davamı var)