Putin Ukrayna ilə təmas xəttində 700 mindən çox hərbçinin olduğunu bildirib Dünya

Putin Ukrayna ilə təmas xəttində 700 mindən çox hərbçinin olduğunu bildirib

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibə zonasında olan rusiyalı hərbçilərin sayını açıqlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə 700 mindən çox Rusiya hərbçisinin təmas xəttində olduğunu vurğulayıb.