30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
Yəmənin separatçıları Səudiyyə Ərəbistanı yaxınlığındakı vilayətlərdən çıxmaqdan imtina edib
Rusiya-Gürcüstan quru sərhədi qar uçqunu təhlükəsi səbəbindən bağlanıb
İranda etirazlar zamanı təhlükəsizlik əməkdaşı ölüb, 7 nəfər saxlanılıb
Bakı Yeni ilin ilk günündə: bayram ovqatı və şəhər gəzintisi
Abbas Lisani və Yusif Kari Evin Həbsxanasının 7-ci Bölməsində karantinə köçürüldülər
18:30
623
Bayram günləri ilə əlaqədar ölkə ərazisində avtomobillə səyahətlərin təşkili əhəmiyyətli dərəcədə artıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumatda bildirilir ki, belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur.
Lakin, təəssüf ki, bu qəbildən olan daşımalar zamanı avtomobilin texniki vəziyyəti, sürücülərin reysqabağı tibbi müayinəsi, onların iş və istirahət rejiminə riayət etməsi kimi məsələlərə ciddi yanaşılmır. Eyni zamanda, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.
Son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadə halları da nəzərəçarpacaq dərəcədə artıb. Lakin nəzərə almalıyıq ki, kirayə avtomobillərin texniki vəziyyəti, yaxud xidmətindən istifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsi barədə əvvəlcədən məlumatlı olmamaq potensial təhlükə deməkdir.
Doğma həmvətənlərimiz, ölkəmizin əziz qonaqları. Ümidvarıq ki, bayram günlərində əhval-ruhiyyənizin xoş ovqata köklənməsi üçün tövsiyələrimizi nəzərə alacaq, səyahətlərinizi bu sahədə ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərə etibar edəcəksiniz.
18:29
651
18:28
651
18:27
644